Hulusi Akar: “PKK-ya böyük zərbə vurduq, təşvişdədirlər”
2021-02-19 21:30:00

“PKK terror təşkilatının qaçacaq bir yeri qalmadığını onun qondarma rəhbərləri çox yaxşı başa düşüblər və bunların hinləri başlarına yıxıldı. Terror qruplaşmasının rəhbərliyində təmsil olunan 4 nəfər daxil olmaqla ümumilikdə 53 terrorçunu zərərsizləşdirmişik”.
YAZTV-e “TRT Haber”ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.
“PKK-nın qondarma rəhbərliyində ciddi panika və təlaş olduğu təşkilatın hərəkət qabiliyyətinin ciddi şəkildə əngəlləndiyi də gələn məlumatlar arasında var”, - o bildirib.
YAZTV (report az)