Hikmət Həsənov birinci müavin təyin EDİLDİ

Hikmət Həsənov birinci müavin təyin EDİLDİ

General-mayor Hikmət Həsənova yeni vəzifə verilib.

YAZTV-nin əldə etdiyi məlumata görə, Milli Müdafiə Universitetinin rəis müavini, general-mayor Hikmət Həsənov tutduğu vəzifədən azad edilib.

Digər əmrlə isə H. Həsənov Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyevin birinci müavini təyin edilib. 

Qeyd edək ki, H. Həsənov 2014-2021-ci illərdə Birinci Ordu Korpusunun komandiri olub.