Azad edilən ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb
Sənübər Qocayeva
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, iyun ayı ərzində Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 303, tank əleyhinə 236 mina və 1 273 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 2 723.4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.