Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə təlim-metodiki toplanış keçirilib

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə təlim-metodiki toplanış keçirilib

Azərbaycan Ordusunun qoşun növü, birlik və mərkəzi tabelikdə olan hərbi hissələrinin maddi-texniki təminat idarə, şöbə (bölmə) rəisləri ilə təlim-metodiki toplanışın yekunu keçirilib.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yekunda Maddi-Texniki Təminat Baş İdarəsinin Maddi-Texniki Təminat Qərargahının rəisi vəzifəsini icra edən general-mayor Qədir Nəsibov iştirak edib.

Toplanışda silah və texnika idarəsi üzrə raket-artilleriya silahları, avtomobil və zirehli tank xidmətlərinin təşkili, arxa cəbhə idarəsi üzrə ərzaq, əşya və yanacaq xidmətlərinin, habelə yanğından mühafizə inspeksiyasının təşkili mövzularında məşğələlər keçirilib.

Qeyd olunub ki, toplanışın əsas məqsədi iştirakçılara maddi-texniki təminat üzrə ümumi vəziyyət, silahlanmaya yeni daxil edilmiş silah, texnika və digər vasitələrin uçotu, istismarı haqqında məlumatların çatdırılması, həmçinin qoşunlarda maddi-texniki təminatın perspektivləri və qışa hazırlıq üçün görüləcək işlərlə bağlı məsələlərin öyrənilməsidir.

Yekunda ötən tədris ili ərzində qeyd olunan xidmətlər üzrə bölmələrdə yerinə yetirilmiş əsas tədbirlər müzakirə olunub.

Sonda Müdafiə Nazirliyi rəhbərliyinin maddi-texniki və digər döyüş təminatının gücləndirilməsi ilə bağlı tapşırıqları aidiyyəti üzrə çatdırılıb.