Bir qrup şəxs mina axtarmaq üzrə kurslara cəlb olunub

Bir qrup şəxs mina axtarmaq üzrə kurslara cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən "Minaaxtaran" peşəsi üzrə hazırlıq kursu təşkil edib.

ƏƏSMN-dən  verilən məlumata görə, agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Qaya Safety Solutions” MMC-nin əməkdaşlığı çərçivəsində təşkil edilən kursa Tərtər, Ağdam və Bərdə rayonlarından xüsusi meyarlar əsasında seçim aparılmaqla 15 işsiz şəxs cəlb edilib.

Nəzəri biliklərin tədrisindən sonra müdavimlər Cəbrayıl rayonunda mina təmizləmə işlərinin aparıldığı sahələrdə təcrübə də keçəcəklər.

Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər işğaldan azad olunan ərazilərdə ərazilərin minalardan təmizlənməsi sahəsi üzrə əmək fəaliyyətinə başlayacaq.

Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.