Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
Sənübər Qocayeva
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
YAZTV-nin xəbərinə görə, şəhidlərin məzarı üzərinə qərənfillər düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Müdafiə Nazirliyinin rəhbərliyi daha sonra Türk şəhidliyini ziyarət edib.