"Qladiator"un aktyoru yaxtada ölü tapıldı
Sənübər Qocayeva

"Qladiator" və "Cəsur ürək" kimi bir çox filmdə rol alan aktyor Mayk Mitçell vəfat edib.
YAZTV xarici mediaya istinadən xəbər verir ki, 65 yaşlı aktyorun cəsədi Türkiyədə Fəthiyə bölgəsində yaxtalardan birinin içində aşkarlanıb.
Qeyd edək ki, bodibilder olaraq adını zirvələrə ucaldan Mayk "Mendilim kekik kokuyor", "The Planet," "One Day Removals," "City of Hell," "Life on the Line" və "Emmerdale" adlı ekran işlərində müxtəlif rolları canlandırıb.
O, həyat yoldaşı ilə birlikdə Türkiyədə yaşayırdı. (axşam az)