Elzanın məhkəmə işi böyüyür: "110 min istəyirik"

Əməkdar artist Elza Seyidcahanın anasına məxsus olan obyekt ətrafında qalmaqal bitmir.
Müğənni Axşam.az-a açıqlama verərək, məhkəmə qərarı ilə razılaşmadıqlarını deyib. İfaçı bildirib ki, obyekti kirayə götürmək istəyən şəxslər onu mənimsəyib və geri qaytarmır:
Konstitusiya Məhkəməsinə müraciət etmişik. Onlar bizdən 57 min tələb edirsə, biz də 110 min manat təzminat istəyirik. Hakimlər düzgün qərar vermir. Bizə dəyən ziyanı qabartmırıq. Ali Məhkəmə qərar çıxardı. Amma düzgün deyil.
Kirayə sənədi olmayan, şəxsi mülkümüzü bizdən alıb, dələduzlara verirlər. Bizi təhdid edirlər. Onları polisə şikayət etmişik. Anamı hədələyirlər ki, bizə 100 min pul verməlisiniz. Həmin adamlar həbsxanadadır, amma çöldə olan adamlarının əli ilə bizi hədələyirlər. Anam obyektdə yatıb-durur. Hər gün gəlib hədələyirlər". (axşam az)