Ağakərimə ağır itki

Ağakərimə ağır itki

Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimə (Kərim Novruzov) ağır itki üz verib.

YAZTV xəbər verir ki, meyxana ustadı Ağamirzə Kərimin qardaşının dünyasını dəyişdiyini bildirib:

"Kərimdən yaşca kiçik idi. Onun səhhəti Kərimdən də ağır idi, şəkər xəstəliyindən əziyyət çəkirdi. Ayağını kəsdilər, böyrəkləri işləmədi, həftədə bir neçə dəfə dializə gedib-gəlirdi. Müalicənin köməyi olmadı, on gün olar ki, rəhmətə gedib".

Kərimin sağlıq durumuna gəlincə, sənət dostu onun səhhətində müsbət irəliləyiş olmadığını deyib:

"Kərim necə var elədir, səhhətində müsbət dəyişiklik yoxdur. Ümidimiz Allahadır. Heç qardaşının ölümündən də xəbəri yoxdur, o halda deyil ki, ona ağır xəbər versinlər. Kərim heç yaxşı deyil". (axşam az)