11 il sonra ekranlara qayıdır
Sənübər Qocayeva

Türkiyənin məşhur aktrisası Türkan Şoray aparıcılıq edəcək.
YAZTV türk mediasına istinadən xəbər verir ki, aktrisa 11 il sonra proqramlardan birindən təklif alıb. Türkan Şoray efirdə aktyorlar, müğənnilər və iş dünyasının tanınmış simaları ilə həmsöhbət olacaq.
Aktrisanın təklifi müsbət qarşıladığı bildirilib. Proqramın yeni mövsümdə işıq üzü görəcəyi planlaşdırılır. (axşam az)