Şahzadə Filipin dəfn tarixi açıqlandı

Şahzadə Filipin dəfn tarixi açıqlandı

Böyük Britaniya kraliçası II Yelizavetanın ötən gün dünyasını dəyişən həyat yoldaşı, şahzadə II Filipin dəfn olunacağı tarix açıqlanıb.

YAZTV xəbər verir ki, Bukinhem sarayının məlumatına görə, dəfn mərasimi aprelin 17-də keçiriləcək. Mərasimdə şahzadənin yalnız ailə üzvləri və yaxın dostları iştirak edəcək. Onların sayı isə 30 nəfərdən artıq olmayacaq.

Xatırladaq ki, şahzadə Filipin ölümündən qabaq öz istəyi ilə koronavirus pandemiyası səbəbindən dəfn mərasimində ictimaiyyət nümayəndələri iştirak etməyəcək. (qafqazinfo az)