ABŞ-da 5 günlük matəm elan olundu

ABŞ-da 5 günlük matəm elan olundu

ABŞ-da koronavirusdan həyatını itirən 500 min vətəndaşın xatirəsinə beş günlük matəm elan edilib.

YAZTV-e xəbər verir ki, qərar Prezident Co Baydenin göstərişi ilə verilib. Bu barədə dövlət başçısının mətbuat katibi Cen Psaki açıqlama verib.

 Gün batarkən dövlət başçısının koronavirus qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edəcəyi və nitq söyləyəcəyi gözlənilir. Ölkədə dövlət bayraqları beş günlük endiriləcək.

Con Hopkins Universitetinin son məlumatlarına görə, ABŞ-da koronavirus infeksiyası nəticəsində həyatını itirənlərin sayı 500 min 71-ə çatıb. Ölkədə ümumilikdə 28 milyon 174 min 133 nəfər virusa yoluxub.

YAZTV (qafqazinfo az)