Səhiyyə naziri: Hər il Ukraynada 80 minə yaxın insan xərçəng xəstəliyindən vəfat edir

Səhiyyə naziri: Hər il Ukraynada 80 minə yaxın insan xərçəng xəstəliyindən vəfat edir

Hazırda Ukraynada bir milyondan çox onkoloji xəstə var. YAZTV xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Maksim Stepanov məlumat verib.

Nazirin sözlərinə görə, Ukraynada hər il 80 minə yaxın insan xərçəng xəstəliyindən vəfat edir.

“2019-2020-ci ildə xərçəng xəstəliyinin 35-40 faizi üçüncü və dördüncü mərhələlərdə aşkar edilib. Bu cür göstəricilər həm ilkin tibbi yardım həkimləri arasında, həm də əhali arasında bədxassəli neoplazmaların simptomları barədə məlumatsızlığın olduğunun sübutudur”,- deyə Maksim Stepanov əlavə edib. (AZƏRTAC)