Postpandemiya dövründə bütün bəşəriyyətdə bərabər və davamlı yeni ortaq dəyərlərə daha çox ehtiyac olacaq

Postpandemiya dövründə bütün bəşəriyyətdə bərabər və davamlı yeni ortaq dəyərlərə daha çox ehtiyac olacaq

Son vaxtlar Avropa və Amerikadakı bir çox hadisələr ölkəmizə qarşı nümayiş etdirilən ikili standartı yenidən gündəmə gətirdi. Türkiyəni demokratiya və hüquq azadlıqlarını məhdudlaşdırmaqda günahlandıranların üzləşdikləri ilk təhdidlərdə nə qədər sərt tədbirlər tətbiq etdiyini görürük.

YAZTV xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkir-Ərgani-Elazığ Yolu Dəvəkeçidi körpüsü və kommunikasiya yollarının açılış mərasimində bildirib.

Postpandemiya dövründə bütün bəşəriyyəti əhatə edəcək mənşə, rəng, inanc, mədəniyyət kimi ayrı-seçkiliklərə üstün gələcək ədalətli, bərabər və davamlı yeni ortaq dəyərlərə daha çox ehtiyac olacağını vurğulayan Türkiyə Prezidenti koronavirus nəticəsində yenidən qurulması qaçılmaz olan qlobal siyasi və iqtisadi nizamın bu çərçivədə formalaşacağına ümid etdiklərini bildirib.

Türkiyənin uzun illər terrorla mübarizə aparan ölkə olduğunu xatırladan və son olaraq ölkənin Boğaziçi Universitetində baş verən hadisəyə toxunan Rəcəb Tayyib Ərdoğan deyib : “Terror təşkilatları ilə əlaqəli şəxslərin törətdikləri bu cür hərəkətlərin demokratiya və hüquq axtarışı, fikir və ifadə azadlığı ilə heç bir əlaqəsi yoxdur. Millətimiz arasında nifaq salmağa çalışan, birliyimizə və qardaşlığımıza çirkin siyasi oyunlarla hücum edənləri həmişə məyus etmişik”. (AZƏRTAC)