Türkiyə Rusiya ilə Ukraynaya çağırış etdi

Türkiyə Rusiya ilə Ukraynaya çağırış etdi

Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin artmasının heç kimin mənafeyinə yaxşı təsir etməyəcəyi qənaətindədir.

YAZTV "Sputnik"ə istinadla bildirir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün keçirilən iclasından sonra yayılan bəyanatında deyilir.

İclasda 2021-ci ildə Türkiyənin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən siyasi, hərbi, iqtisadi və sosial inkişafın bütün aspektləri, 2022-ci ildə ehtimal edlən çətinliklər və görüləcək fəaliyyətlər hərtərəfli qiymətləndirilib.

 Beynəlxalq əlaqələrə gəlincə, Rusiya ilə Ukrayna arasında gərginliyin son vaxtlar daha da artdığı önə çəkilərək tərəflər sağlam düşüncə ilə gərginliyi azaltmağa çağırılıb.
 Həmçinin Türkiyə və Ermənistanın konstruktiv və səmimi səyləri ilə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində yaradılmış mexanizmlərin təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Yunanıstanın beynəlxalq hüququ ehtiyatsızcasına pozub, təhrif etdiyi, müqavilələri pozaraq adaları silahlandırmaqda israrlı olduğu qeyd olunub və bu dövlət yenidən dialoqa dəvət edilib.