Qırğızıstan-Tacikistan sərhədində vəziyyət sabitdir

Qırğızıstan-Tacikistan sərhədində vəziyyət sabitdir

28 yanvar yerli vaxtla saat 08:00-a olan məlumata görə, Qırğızıstan-Tacikistan dövlət sərhədinin Səmərqəndıq, Tort-Koço, Kok-Taş, Daxma, Koço-Boyu və Qolovnaya bölgələrində vəziyyət sabit qiymətləndirilir.

YAZTV-nin məlumatına görə, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidməti bildirib.

Sərhəd Xidmətindən qeyd olunub: "Gecə insidentsiz sakit keçib. Vəziyyətə nəzarət və monitorinqi Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti həyata keçirir". (trend az)