Qırğızıstan Tacikistanla sərhəddə yaşayan 60 ailənin təxliyə edildiyini bildirib

Qırğızıstan Tacikistanla sərhəddə yaşayan 60 ailənin təxliyə edildiyini bildirib

Tacikistanla sərhəd zonasından 60 ailə təxliyə edilib.

YAZTV-nin məlumatına görə, bu barədə cümə axşamı Qırğızıstanın Batken vilayətinin vilayət administrasiyasının mətbuat xidmətindən “İnterfaks”a bildirilib.

"Ak-Say, Ak-Tatır və Səmərqəndək kimi təhlükəli sərhəd bölgələrində yaşayan insanlar təhlükəsiz zonaya köçürülür. Altmış ailə Batken şəhərindəki 3 saylı orta məktəbə yerləşdirilib", - mətbuat xidmətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Qırğızıstanın Kulundu, Maksat, Sada kəndlərinin sakinləri təxliyə edilir.

“Batken şəhərinə təxliyə edilən vətəndaşlar ərzaqla təmin olunub”, - mənbə bildirib.