Konqo Demokratik Respublikasında güclü zəlzələ olub
Sənübər Qocayeva

Konqo Demokratik Respublikasında 5 bal gücündə zəlzələ baş verib.
YAZTV Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kalemie şəhərindən 202 kilometr cənub-qərbdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.