İngiltərədə COVID-19-la bağlı məhdudiyyətlər yumşaldıldı

İngiltərədə COVID-19-la bağlı məhdudiyyətlər yumşaldıldı

Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentdə açıqlaması zamanı COVID-19-la bağlı məhdudiyyətlərin yüngülləşdirildiyini deyib.

YAZTV xəbər verir ki, Baş nazir Səhiyyə Nazirliyindən verilən məlumata əsasən virusa yoluxmanın azaldığını bildirib.

Buna görə də, "Plan B" adlandırılan məhdudiyyətlər ləğv edilib.

Yeni qaydalara görə insanların artıq evlərindən işləmələrinə ehtiyac qalmayacaq, onlar ofislərinə qayıda biləcəklər.

Bu günə qədər gecə klubları, böyük teatrlar kimi məkanlarda tələb olunan vaksin sertifikatları ilə yanaşı, ictimai nəqliyyat və qapalı məkanlarda maska taxmaqla bağlı məhdudiyyətlər isə yanvarın 26-dan ləğv ediləcək.