ABŞ-da kimyəvi zavod yandı - "Pəncərələri bağlayın"

ABŞ-da kimyəvi zavod yandı - "Pəncərələri bağlayın"

ABŞ-ın Nyu-Cersi ştatının Passaik şəhərində kimyəvi anbarda güclü yanğın baş verib.

YAZTV “CBS New York”a istinadən xəbər verir ki, üçmərtəbəli bina cümə günü yerli vaxtla saat 20.30-da alovlanıb.

Şəhərin meri Hektor Lora anbarın yaxınlığında yaşayan bütün sakinləri evlərinin pəncərələrini bağlamağa çağırıb.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.