Nyu-York birjasında qızılın qiyməti düşüb
Sənübər Qocayeva

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) qərarları ərəfəsində bu gün qızılın qiyməti aşağı düşüb.
YAZTV xəbər verir ki, Nyu-Yorkdakı “Comex” birjasında qızılın fevral fyüçersləri 0,21 faiz ucuzlaşaraq 1 768,85 USD/fl.oz-dan satılıb.
Qeyd edək ki, bu gün FED iclasında istiqraz alışlarının dayandırılması və faiz dərəcələrinin artırılmasına dair qərar veriləcəyi gözlənilir. (report az)