Meksikada zavodda PARTLAYIŞ - 6 ÖLÜ

Meksikada zavodda PARTLAYIŞ - 6 ÖLÜ

Meksikanın Puebla ştatında qeyri-qanuni fəaliyyət göstərən atəşfəşanlıq zavodunda partlayış baş verib.

YAZTV xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 6 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Əraziyə xilasedici qüvvələr cəlb olunub. Partlayış nəticəsində baş verən yanğın söndürülüb. Yaralı şəxslər xəstəxanaya yerləşdirilib. 

Hadisənin baş vermə səbəbi araşdırılır.  (unikal org)