Haitili miqrantlar Texasdakı düşərgəni tərk ediblər

Haitili miqrantlar Texasdakı düşərgəni tərk ediblər

ABŞ-ın Texas ştatının Del Rio şəhərində miqrantlar üçün yaradılan düşərgə ləğv edilib.

YAZTV "ABC News"a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın daxili təhlükəsizlik naziri Alexandro Mayorkas təsdiq edib.

Nazir bildirib: "Bu gün səhər üçün Del Riodakı Beynəlxalq körpünün altındakı düşərgədə artıq miqrant yoxdur".

 A.Mayorkas qeyd edib ki, hazırda ölkədə 17 400-dən artıq miqrant qalıb. Onun sözlərinə görə, təxminən 2 min miqrant Haitiyə göndərilib, 8 min miqrant isə Meksikaya qayıdıb.