Mərakeş tarixində bir ilk

Mərakeş tarixində bir ilk

Mərakeşdə paytaxt Rabat daxil olmaqla, üç böyük şəhərdə bələdiyyə seçkilərində qadınlar qalib gəlib.

YAZTV xarici KİV-ə istinadən xəbər verir ki, bu vəziyyət ölkə tarixində ilkdir.

Sentyabrın 8-də keçirilən seçkilərin nəticələrinə əsasən, Rabat bələdiyyə sədri vəzifəsinə Əsma Qalulu seçilib.

 Nəbilə ər-Ramili Kasablanka, Fatimə əz-Zəhra əl-Mənsuri Mərakeş bələdiyyə sədri seçiliblər.

Bununla ölkə tarixində ilk dəfə üç böyük şəhərin bələdiyyə sədrliyi vəzifələrinə qadın namizədlər seçilmiş olub. (qafqazinfo az)