Antalyada meşə yanğını

Antalyada meşə yanğını

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda gecə saatlarında meşə yanğını başlayıb.

YAZTV Türkiyə KİV-ə istinadən xəbər verir ki, Gündoğdu məhəlləsinin Arapbeleni bölgəsində naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə sürətlə yayılıb. 

Bölgəyə suçiləyicilər və yanğınsöndürənlər göndərilib. Üç saat ərzində yanğın nəzarətə götürülüb. (qafqazinfo az)