Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda daha 273 nəfər COVID-19-a yoluxub.

YAZTV xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 254 709-ə çatıb. Son sutkada koronavirusdan 20 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 181-ə yüksəlib.

Koronavirusa yoluxan 237 263 nəfər sağalıb. Hazırda 11 072 pasiyent müalicə olunur.(unikal org)