Türklər AYAĞA QALXDI: Əfqanıstanda qanlı toqquşmalar başlaya bilər

Türklər AYAĞA QALXDI: Əfqanıstanda qanlı toqquşmalar başlaya bilər

Əfqanıstanın keçmiş vitse-prezidenti Məhəmməd Kərim Xəlili lideri olduğu xəzər türkləri icmasının nümayəndələrinin "Taliban"la silahlı qarşıdurmaya qayıdacağını bildirib.

YAZTV xəbər verir ki, siyasətçi bu barədə TASS-a açıqlama verib.

O bildirib ki, təşkilat vədlərini yerinə yetirməsə və zülmdən çəkinməsələr, ölkədə qanlı toqquşmalar olacaq. Xəlilinin sözlərinə görə, "Taliban" tərəfindən toplanan müvəqqəti kabinet heç bir şəkildə əhatəli deyil. O, başqa etnik qrupların - taciklər və özbəklərin orada təmsil olunmadığını xatırladıb: "Buna görə də taciklər və özbəklər də xəzərlərlə birlikdə döyüş meydanına qayıda bilərlər. Ümid edirəm ki, beynəlxalq ictimaiyyətin təzyiqi altında "Taliban" öz iradəsini əhaliyə tətbiq etməyəcək və ölkə vətəndaş müharibəsindən çəkinəcək". 

ABŞ Dövlət Departamenti bildirib ki, BMT "Taliban"a nümayəndəlik məsələsini həll etmək üçün müəyyən vaxt tələb edəcək. Bu ərəfədə hərəkatın nümayəndələri Baş Assambleyada çıxış etmək niyyəti ilə BMT-yə müraciət ediblər və artıq beynəlxalq təşkilata daimi nümayəndələrinin namizədliyini göndərdiklərini qeyd ediblər. (publika az)