Avropa Parlamentinin prezidenti xəstəxanaya yerləşdirilib

Avropa Parlamentinin prezidenti xəstəxanaya yerləşdirilib

Avropa Parlamentinin prezidenti David Sassoli pnevmaniya səbəbindən Strasburqda xəstəxanaya yerləşdirilib.

Bu barədə YAZTV “RİA Novosti” agentliyinə istinadən xəbər verir.

Həkimlər onun vəziyyətini normal qiymətləndirirlər.

"Müayinə nəticəsində ona pnevmaniya diaqnozu qoyulmuşdu, sonra müvafiq müalicə keçirilib. Onun vəziyyəti yaxşıdır", - siyasətçinin mətbuat xidməti bildirib.

Qeyd edək ki, 65 yaşlı Sassoli Avropa Parlamentinin plenar sessiyası zamanı xəstəxanaya aparılıb. Bundan əvvəl bildirilib ki, Sassoli koronavirus testi verib, nəticə mənfi olub.

O, ilk dəfə ötən ilin martında koronavirusa görə karantinə alınıb. Sassoli Brüsseldə evində həkim nəzarəti altında saxlanılıb.

Həmin vaxt Avropa Parlamentinin prezidentinin ehtiyat tədbiri məqsədi ilə karantinə alındığı bildirilirdi. (report az)