Norveçin Bergen şəhərində ofislərdən birinə edilən hücum nəticəsində iki nəfər xəsarət alıb

Norveçin Bergen şəhərində ofislərdən birinə edilən hücum nəticəsində iki nəfər xəsarət alıb

Norveçin Bergen şəhərindəki ofislərdən birində edilən hücum nəticəsində iki nəfər xəsarət alıb.

YAZTV xəbər verir ki, səhər saatlarında naməlum şəxs şəhərin Orstad rayonunda ofis binalarından birinə daxil olaraq, orada işləyən iki nəfərə bıçaqla xəsarətlər yetirib.

Dərhal hadisə yerinə gələn polis və xüsusi təyinatlı qüvvələrin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən şəxsi yaxalayıblar. Hadisə zamanı xəsarət alan həmin iki şəxs dərhal xəstəxanaya yerləşdiriliblər.

Yerli polisin yaydığı məlumata əsasən, hücumun motivləri hələlik məlum deyil.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. (AZƏRTAC)