Rusiyada koronavirusdan gündəlik ölüm sayı ən yüksək həddə çatıb
Sənübər Qocayeva

Rusiyada koronavirusdan ölənlərin sayı artmaqda davam edir. Ötən gün ölkə ərazisində pandemiyanın əvvəlindən ən yüksək göstərici qeydə alınıb.
YAZTV-nin məlumatına görə, ölkədə son sutka ərzində 23 947 nəfər koronavirusa yoluxub.
Bu günədək koronavirusa yoluxanların sayı 6,1 milyon nəfəri ötüb.
Eyni zamanda, ötən gün Rusiyada 799 nəfər koronavirusdan ölüb. Ölkədə koronavirusdan ölənlərin sayı 153 095 nəfərə çatıb. (trend az)