“Biz məktəbli formalarının satışı ilə məşğul olmuruq” - Emin Əmrullayev

“Yeni məktəbli formaları ilə bağlı hansısa gərginlik var. Bəzən bu, məlumatsızlıq ucbatından, bəzən valideynlərin düz ünvanlara müraciət etməmələri səbəbindən baş verir”.
YAZTV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Elm və Təhsil Nazirliyi məktəbli formalarının tikişi və satışı ilə məşğul olan qurum deyil: “Biz yalnız həmin formaların nümunəvi tövsiyə olan formada olmasına nəzarət edirik. Burada məcburiyyət yoxdur. Bu, məktəb kollektivi və məktəbin qərarı ilə olmalıdır. Ümumilikdə formaların olmasını məqsədəuyğun hesab edirik. Əgər məktəbi formaları ilə bağlı məcburiyyət halı olarsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional idarələrə müraciət olunarsa, məsələyə baxıla və ölçü götürülə bilər”.