Şagirdlər məktəbə formada gəlməlidir, lakin heç kəsi məcbur etmirik - Nazir
Sənübər Qocayeva

Məktəbli formalarının qiymətlərinin şişirdilməsi halları varsa, bu düzgün deyil.
YAZTV-nin məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.
O qeyd edib ki, uşaqlar məktəbə formada gəlməlidir və bu şagirdlər arasında bərabərliyi formalaşdırır.
“Lakin Elm və Təhsil Nazirliyi olaraq heç kəsi forma geyinməyə məcbur etmirik”,- deyə nazir əlavə edib.