Təhsil Nazirliyi 10 milyon manatlıq tenderə yekun vurub

Təhsil Nazirliyi 10 milyon manatlıq tenderə yekun vurub

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı üçün avadanlıqların alınıb-quraşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

YAZTV dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Mühəndislik Tikinti Təchizat” QSC-dir.

Qalib şirkətə 9,715 milyon manat ödəniləcək.