Məktəblərdə imtahanların sayı azaldıla, kurrikulum sadələşdirilə bilər - RƏSMİ

Məktəblərdə imtahanların sayı azaldıla, kurrikulum sadələşdirilə bilər - RƏSMİ

Azərbaycanda orta məktəblərdə imtahanların sayı azaldıla bilər.

YAZTV-nin məlumatına görə, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O bildirib ki, ola bilsin ki, imtahanlar, qiymətləndirmələr çoxdur: “Ümumtəhsildə qiymətləndirmə konsepsiyasına yenidən baxılır. Ola bilsin ki, həmin tədqiqatlar zamanı təkcə ibtidai siniflərdə deyil, digər siniflərdə də müxtəlif imtahanların sayı azaldılsın. Onların əvəzinə daha az sayda olan mərkəzləşmiş imtahanlar olsun. Növbəti illərdə kurrikulumlar daha da sadələşdiriləcək”.

O qeyd edib ki, yeni dərs vəsaitlərinin hazırlanmasında sadələşmə müşahidə olunur:

“Məsələn, biz əvvəllər Azərbaycan dilindən dilin mürəkkəb qaydalarını keçirdiksə, artıq daha çox oxuyub anlamağa, yəni dərsliklərimizi insana həyatı boyu lazım olan bacarıqlara uyğun tənzimləməyə çalışırıq”.