Daha 981 nəfər tələbə olma sevincini yaşadı

Daha 981 nəfər tələbə olma sevincini yaşadı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulun nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 22 min 218 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 981 nəfər (o cümlədən 824 nəfər subbakalavr) qəbul olub.

Xatırladaq ki, ali məktəblərin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar), həmçinin orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.