1 500-dən çox şagird üçün əlavə imtahan keçirilir

1 500-dən çox şagird üçün əlavə imtahan keçirilir

Bu il keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün əlavə imtahan başlayıb.

YAZTV xəbər verir ki, bu gün həmçinin bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanda iştirak edirlər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunub.

İmtahanların idarə olunması üçün 22 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 166 nəzarətçi-müəllim, 20 buraxılış rejimi (mühafizə) əməkdaşı, 10 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, imtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 1 057, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 382 şagirdin iştirakı nəzərdə tutulub. 107 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.