Şöbə müdiri: "Məktəbdaxili qiymətləndirmə əvvəlki qaydada keçiriləcək"

Şöbə müdiri: "Məktəbdaxili qiymətləndirmə əvvəlki qaydada keçiriləcək"

Məktəbdaxili qiymətləndirmə əvvəlki qaydada keçiriləcək.

YAZTV xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinqdə deyib.

O qeyd edib ki, böyük və kiçik summativlər təşkil ediləcək: "Bunun üçün müəllimlərə veriləcək təlimati məktublar hazırlanaraq yaxın günlərdə yerlərə göndəriləcək".