Təhsil Nazirliyi valideynlərə müraciət edib

Təhsil Nazirliyi valideynlərə müraciət edib

Təhsil Nazirliyi məktəblərin qarşısında yaranacaq sıxlıqlarla bağlı valideynlərə müraciət edib.

YAZTV-nin xəbərinə görə, təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib ki, evlərində koronavirus xəstəsi olan valideynlərin övladlarını məktəbə göndərməməsi ilə bağlı iltizam forması doldurulmalıdır.

"Keçən il bəzi valideynlər koronavirus xəstəsi ola-ola övladını məktəbə göndərirdilər və yoluxma artırdı. Odur ki, valideynləri məsuliyyətli olmağa çağırırıq", - müşavir əlavə edib.