Şöbə müdiri: "Təhsil işçilərimiz ənənəvi tədrisə tam hazırdır"

Şöbə müdiri: "Təhsil işçilərimiz ənənəvi tədrisə tam hazırdır"

"Pandemiya təhsil sahəsində akademik öyrənməyə ciddi zərbə vurdu. Digər tərəfdən isə yaxşı mənada vərdişlərə yiyələnməyə zəmin yaradıb".

YAZTV xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, müəllimlər yeni tədris ilinə hazırlaşıb: "Təhsilə gec başlamaq o qədər problem deyil. Əsas odur ki, təhsil işçilərimiz ənənəvi tədrisə tam hazırdır".