Təhsil naziri yeni tədris ilinin sentyabrın 22-də başlaması məsələsinə aydınlıq gətirib

Təhsil naziri yeni tədris ilinin sentyabrın 22-də başlaması məsələsinə aydınlıq gətirib

Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin sentyabrın 22-də başlaması məsələsinə aydınlıq gətirib.

YAZTV xəbər verir ki, nazir bunu yoluxma hallarının artımı ilə əlaqələndirib.

O qeyd edib ki, verilən qərar ən optimal qərardır: "İnanırıq ki, həmin vaxta qədər çox sayda insan vaksinasiya prosesindən keçərək yoluxma sayında azalma qeydə alınacaq. Ümumilikdə məktəbləri açıb bağlanmaqdansa davamlı şəkildə tədrisi təşkil etmək vacib məqamdır".

Nazir əlavə edib ki, gec başlanılan günləri noyabr tətili günləri ilə əvəzləyə bilərik.