Təhsil Nazirliyinin “Bir könüllü” təşkilatı və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi əməkdaşlıq edəcək

Təhsil Nazirliyinin “Bir könüllü” təşkilatı və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi əməkdaşlıq edəcək

Təhsil Nazirliyinin “Bir könüllü” təşkilatı və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi arasında əməkdaşlığa start verilib.

Bu barədə YAZTV-yə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməkdaşlıq çərçivəsində “Bir” tələbə-könüllülər 80-dən çox Şuşa sakininin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfərində iştirak ediblər. Səfər zamanı yaşlı nəslin nümayəndələri, Qarabağ qaziləri və şəhid ailələrindən ibarət heyət könüllülər tərəfindən müşayiət olunub.

Qeyd edək ki, “Bir könüllü” təşkilatı Qarabağ bölgəsindən olan tələbə-könüllülər üçün “Qarabağ Könüllüləri” klubunu yaradıb. Klub çərçivəsində Qarabağ bölgəsindən olan tələbə-könüllülər şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün müxtəlif təlim və seminarlarda, intellektual oyunlarda iştirak edə bilər, həmçinin könüllü fəaliyyət göstərə bilərlər.