Avrasiya Teatrlar Birliyinin növbəti toplantısı keçirilib

Avrasiya Teatrlar Birliyinin növbəti toplantısı keçirilib
12 iyul 2022-ci il tarixində Gürcüstanın Özurgeti Dövlət Dram Teatrında, Avrasiya Teatrlar Birliyinin xətti ilə keçirilən Nodar Dumbadze Beynəlxalq Teatr festivalında Birliyin növbəti toplantısı baş tutub. Toplantıda əsasən birliyin qurucu ölkə təmsilçiləri iştirak edir.
 
Xəbər verdiyimiz kimi Birlikdə Azərbaycanı Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov təmsil edir. Birliyin ilk toplantısında müzakirə olunacaq məsələlər diqqətə çatdırılaraq, yeni sədrin seçilməsi, növbəti iki il ərzində birlik çərçivəsində görüləcək işlər və qarşıda duran məsələlər müzakirə olunub. Birliyin işi festivalın son günü 15 iyul tarixində yekunlaşacaq.
 
Qeyd edək ki, adıçəkilən festivalın Beynəlxalq münsiflər heyətində Azərbaycanı Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı təmsil edir. Toplantıda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Portuqaliya, Türkiyə, Şimali Kipr, Ukrayna təmsilçiləri də iştirak edir. 2020-ci ildən Birliyin sədri Ukrayna təmsilçisi, Xerson Akademik Teatrının direktoru, Ukraynanın Xalq artisti Aleksandr Knigadır.