Nazir: "Zəfər muzeylərinin yaradılması ilə bağlı işlər davam etdirilir"

Nazir: "Zəfər muzeylərinin yaradılması ilə bağlı işlər davam etdirilir"

"Həm Bakıda, həm də işğaldan azad edilən ərazilərdə Zəfər muzeyləri yaradılır və bununla bağlı işlər davam etdirilir".

Bunu YAZTV-yə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı həm yerli, həm də xarici ekspertlər cəlb edilib: "Muzeyin həm konsepsiyası və içindəki məzmunu ilə bağlı işlərə kompleks şəkildə baxırıq. Bunların hamısının həlli üçün işlər aparılır".