“Milan”dan yeni rekord

“Milan”dan yeni rekord

“Milan” ötən gün “Parma” ilə matçda yeni klub rekorduna imza atıb.

YAZTV klubun rəsmi saytına istinadən xəbər verir ki, Stefano Piolinin komandası buna rəqibi üzərində səfərdə 3:1 hesablı qələbə qazanmaqla nail olub. Beləliklə, “Milan” bu mövsüm A seriyasında 13-cü səfər qələbəsini rəsmiləşdirib. Bu isə klub rekordu hesab edilir. Komandanın cari mövsüm ümumilikdə bütün turnirlərdə 16 səfər qələbəsi var. Belə göstərici 1992/93 mövsümündəki rekordun təkrarıdır.

Qeyd edək ki, “Milan” hazırda A seriyasının turnir cədvəlində 63 xalla 2-cidir. Klub lider “İnter"dən 8 xal geri qalır. (qol az)