"Sumqayıt"ın vitse-prezidenti vəfat etdi
2021-02-23 10:00:00

"Sumqayıt" klubunun vitse-prezidenti Vaqif Ömərov dünyasını dəyişib.
"Gənclik şəhəri" təmsilçisi"ndən YAZTV-yə verilən məlumata görə, funksioner 69 yaşında vəfat edib.
Onun uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişdiyi vurğulanıb. Klubdan bildirilib ki, Ömərov sonuncu dəfə fevralın 13-də "Sumqayıt"ın "Səbail"ə 3:0 hesabı ilə qalib gəldiyi ev oyununu canlı izləyib.
Allah rəhmət eləsin!
YAZTV (report az)