Tokioda sambo üzrə Yaponiya çempionatı azarkeşsiz keçiriləcək

Tokioda sambo üzrə Yaponiya çempionatı azarkeşsiz keçiriləcək

Tokioda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Kuboku uğrunda fevralın 7-də baş tutacaq sambo üzrə Yaponiya çempionatı azarkeşsiz keçiriləcək.

YAZTV xəbər verir ki, bu barədə Yaponiya Sambo Federasiyasının vitse-prezidenti, turnirin İcraiyyə Komitəsinin sədri Nobuyuki Asai məlumat verib. O qeyd edib ki, turnirin tarixi bu bölgədə koronavirus səbəbindən elan edilən fövqəladə vəziyyət rejiminin son gününə təsadüf edir. Buna baxmayaraq, yarışlar planlaşdırıldığı kimi təşkil ediləcək.

Onun sözlərinə görə, çempionatda kişilər yeddi çəki dərəcəsi ilə təmsil olunacaq. Bu il qadınlar çempionatda iştirak etməyəcəklər.

Qeyd edək ki, turnir sayca 47-ci Yaponiya çempionatı və 9-cu Rusiya Prezidenti Kuboku yarışı olacaq.