Dünya Qadın Seriyasının 3x3 basketbol üzrə Astara mərhələsinə start verilib

 Dünya Qadın Seriyasının 3x3 basketbol üzrə Astara mərhələsinə start verilib

20 may Dünya Qadın Seriyasının Astara mərhələsində qrup oyunları start götürüb. Turnirin açılış oyununda Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov və Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayev iştirak ediblər. Açılış oyunu Almaniya və Ukrayna milliləri arasında baş tutub.

YAZTV xəbər verir ki, Bu görüşdə Ukrayna kollektivi 15-14 hesablı qələbə qazanıb. B qrupunda isə favorit Çin millisi, Avstriya komandasına 14-13 hesabı ilə məğlub olub. C qrupunda ilk oyununu keçirən qadın milli komandamız isə, Polşa seçməsi ilə oyundan 22-7 hesablı məğlubiyyətlə ayrılıb. D qrupunda qərarlaşan "Neftçi" klubu, Rumıniya millisinə qarşı gərgin oyunun yekununda meydançadan 15-12 hesabı ilə qalib ayrılıb.