Patrik Qrayl: "Neftçi" ilə oyun maraqlı olacaq"

Patrik Qrayl: "Neftçi" ilə oyun maraqlı olacaq"

"Maraqlı qarşılaşma olacaq".

YAZTV xəbər verir ki, bunu Avstriya "Rapid"inin futbolçusu Patrik Qrayl "Neftçi"yə qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"ın oyunçularının fərdi cəhətdən güclü olduqlarını bildirib: "Evdə oynamağımız bizə əlavə ruh verir. Səfərdə uduzsaq da, bu görüşdə mütləq qalib gəlməliyik".

Qrayl cari mövsüm yavaş-yavaş formaya düşdüyünü söyləyib: "Sabahkı qarşılaşmada da qollarımın davamını gətirmək niyyətindəyəm".

Oyunçu "penaltilər seriyası üçün xüsusi məşqlər keçmisinizmi" sualını isə bu cür cavablandırıb: "Toplanış zamanı məşqlərdə bunu həmişə etmişik. Ehtiyac duyulacağı təqdirdə, penaltilərdən dəqiq yararlanmağa çalışacağıq".

Qeyd edək ki, iyulun 11-də oynanılacaq matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk qarşılaşmada "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.