"Qəbələ" türkiyəli futbolçu ilə danışıq aparır

"Qəbələ" türkiyəli futbolçu ilə danışıq aparır

“Qəbələ” heyətinə yeni müdafiəçi cəlb etməyi planlaşdırır.

Bu barədə YAZTV klubun baş meneceri Nail Kərimov məlumat verib.

 

O, milliləşdirilərək U-21 yığmamıza cəlb olunan türkiyəli futbolçu Samet Karakoçla danışıq apardıqlarını bildirib:

“Yeni transfer olmaq ehtimalı var. Sametin meneceri ilə danışmışıq. Niyə ehtimal deyirəm? Çünki futbolçunun klubu ilə müqaviləsi var. Hər şeydən əvvəl klubu buna razı olmalıdır. Bu yöndə danışıqlar gedir. Fevralın 8-nə qədər transfer pənəcəri açıqdır. Mümkün olsa, bir oyunçu transfer etmək istəyirik”.

N.Kərimov Samet Karakoçdan başqa danışıq apardıqları futbolçunun olmadığını da deyib.

Samet Karakoç Türkiyənin 3-cü liqasında mübarizə aparan “Bayrampaşa” klubunda çıxış edir. Onun klubu ilə bu ilin yayına qədər müqaviləsi var. 19 yaşlı futbolçu bu mövsüm "Bayrampaşa"nın heyətində 4 oyuna çıxıb.