Millimizin 2 futbolçusu koronavirusa yoluxdu

Millimizin 2 futbolçusu koronavirusa yoluxdu

Bu gün oyunöncəsi rəsmi məşqdə iştirak etmək üçün futzal üzrə Azərbaycan millisinin üzvlərindən COVID-19 anticism analizləri götürülüb. 

YAZTV AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın iki üzvünün  - Qallo və Rövşən Hüseynlinin testlərinin nəticəsi pozitiv olub. Hər iki futzalçıdan PCR testi götürülüb. Bu testin nəticəsi sabah - yanvarın 22-də, səhər saatlarında açıqlanacaq. Əgər PCR testin nəticəsi neqativ çıxarsa, hər iki futzalçı Gürcüstanla oyunda iştirak edə biləcək. Futzalçılar hazırda qaldıqları oteldə karantinə alınıblar və oyunöncəsi məşqdə iştirak etməyəcəklər.

 

Qeyd edək ki, Niderland Krallığının mövcud qanunlarına görə, karantin müddəti 7 gündür. (qol az)